İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Millət Məclisinin dəhlizində etiraz: "Bu millət səni bağışlamayacaq" - VİDEO

735 23.07.2024 21:05 Dünya A A

Sahibsiz itlərlə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) iştişaş yaradıb. Parlamentin dəhlizində etiraz aksiyası keçirilib. 

BAKU.WS HABERLER.COM-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı, Meşə və Kənd İşləri Komissiyasında “Sahibsiz heyvanlarla bağlı” qanun təklifi, o cümlədən itlərin yatızdırılmasını da nəzərdə tutan müzakirələr zamanı bir qrup şəxs parlamentin dəhlizlərində etiraz aksiyası keçirib. Qrupun “Bu millət səni bağışlamayacaq” kimi şüarlar səsləndirdiyi eşidilib.

14 saat davam edən müzakirələrdən sonra “Heyvanların Mühafizəsi Qanununa Dəyişiklik edilməsi haqqında” qanun layihəsinin sahibsiz heyvanlarla bağlı daha 4 maddəsi qəbul edilib.

Təklifin qəbul olunmuş maddələrinə əsasən, heyvan baxım evlərinə aparılan reabilitasiya olunmuş itlər sahiblənənə qədər bu yerlərə veriləcək.

Heyvanlara ağrı və əzab verən və ya sağalmayan xəstəliklər olduqda, qarşısının alınması məqsədilə və ya kəskin yoluxucu heyvan xəstəliyinin aradan qaldırılması və ya insan sağlamlığı üçün təhlükə yaradan hallarda, davranışı insanların və heyvanların həyatı və sağlamlığı üçün təhlükə yaradan və mənfi davranışı nəzarət altına alına bilməyən hallarda evtanaziya proseduru həyata keçiriləcək baytar və ya baytar nəzarəti altında tətbiq ediləcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR