İnsanlara hürriyət, millətlərə istiqlal!

Novakdan ETİRAF - “Nəql dayanmayıb”

358 23.07.2024 20:39 Dünya A A

Ukraynanın “Lukoyl” şirkətinə sanksiya tətbiq etməsi nəticəsində onun Macarıstan, Slovakiya və Çexiyaya neft satışı mümkünsüz hala gəlib. Bu addımdan istifadə edən Macarıstan Avropa Sülh Fondundan Ukraynaya hərbi yardım ayrılmasına veto qoyub. Macarıstanın xarici işlər naziri Peter Siyarto Kiyev Rusiya neftinin tranzitini bərpa edənə qədər Aİ-nin Ukraynaya pul ayırmasına mane olacağına söz verib.

Çox maraqlıdır ki, Ukraynanın sanksiyasına rəğmən, Macarıstana neft nəqli dayanmayıb.

Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak da etiraf edib.

O bildirib ki, Rusiya hazırda Macarıstan və Slovakiyaya neft tədarük edir:

“Hazırda çatdırılma aparılır. Mən şərh vermək istəmirəm. İndi tədarüklər davam edir və “Drujba” vasitəsilə neft alan tərəfdaşlarımız onu almağa davam edirlər”.

Novak qeyd edib ki, Rusiya enerji resurslarının tədarükündə maraqlıdır.

“Bundan başqa, Macarıstan, Slovakiya və Çexiya heç vaxt bu həcmlərdən imtina etməyiblər”, - o bildirib.

İyulun əvvəlində Macarıstan və Slovakiya Ukraynanın tətbiq etdiyi tranzit qadağasına görə “Lukoyl”dən boru kəməri neftinin qəbulunu dayandırmışdı. Daha sonra başqa Rusiya şirkətinin istehsalı olan neftin “Drujba” ilə nəqli təmin olunub. Lakin Macarıstan və Slovakiya bununla razılaşmayaraq Ukraynanı “Lukoyl”a qarşı sanksiyanı dayandırmağa məcbur etməyə çalışırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR