İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dövlət müşaviri: “Paşinyan öz hiylələrinin girovuna çevrilib”

254 23.07.2024 23:16 Siyasət A A

“Paşinyanın üçtərəfli sazişi imzalayanda nə düşündüyünü qiymətləndirmək mənim üçün çətindir. 44 günlük müharibənin sonunda o, çox yaxşı bilirdi ki, Ermənistan Konstitusiyasında belə bir ssenari nəzərdə tutulmayıb. Məncə, Paşinyan həmin dövrdə sadəcə olaraq Azərbaycan ordusunun irəliləməsini tez dayandırmalı idi ki, qalan hər şeyi itirməsin”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova qeyd edib.

Oksfordda Paşinyanın üçtərəfli görüşdən imtina etməsini şərh edən xanım Poloskova bildirib ki, Paşinyan sülhdən yayınır. 

Onun əsas məqsədi isə müxtəlif cəbhələrə oynamaqdır. 

“İndi vəziyyət olduqca sadədir. Paşinyan bir neçə səbəbdən sülh sazişi imzalamaqdan qorxur. Birincisi, onun sazişi imzalayıb-imzalamamasından asılı olmayaraq, sözügedən sənəd istənilən vaxt qanunsuz elan edilə bilər. Çünki Ermənistan konstitusiyasında “Qarabağın müstəqilliyi” təsbit olunub. Azərbaycan Prezidenti çox düzgün qeyd etdi ki, Ermənistan əvvəlcə konstitusiyasını dəyişsin. 

İkinci məqam ondan ibarətdir ki, Ermənistan əhalisi Azərbaycanla sülh sazişinin bağlanmasına və hazırki reallıqların tanınmasına qətiyyən hazır deyil. 44 günlük müharibədən sonrakı dövr ərzində Paşinyan öz səhvlərini, Qarabağın Azərbaycan ərazisi olduğunu, “Böyük Ermənistan” iddialarının mif olduğunu ermənilərə izah etmək üçün heç nə etməyib”. 

“Paşinyan özünü revanşist kimi aparır”

Tatyana Poloskova qeyd edib ki, Paşinyan revanşist hərkətləri ilə həm Qərbi, həm də Ermənistanda sülh müqaviləsinə qarşı çıxanları məmnun etməyə çalışır:

“O, siyasətçidir, konkret addımlar atmalıdır. Ona görə də Paşinyan indi öz hiylələrinin girovuna çevirilib. Təbii ki, bu vəziyyətdə o, sülh sazişi prosesini mümkün qədər ləngitmək üçün hər şeyi edir və revanşist hərəkətlərə başlamaq üçün bəzi ilkin şərtlər olsaydı, onun fikrincə, bu da optimal olardı. Paşinyan, özünü revanşist hesab etmir, amma özünü revanşist kimi aparır. Ona görə də Paşinyanın Böyük Britaniyada Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi kifayət qədər proqnozlaşdırıla bilən hadisədir”. 

Sərhəddə atəşkəsin tez-tez pozulması da Paşinyanın ssenarisidir. 

“Bu ssenarinin digər həmmüəllifi isə Fransadır. İndi Azərbaycanla sərhəddə hər cür xırda təxribatların baş verməsi də proqnozlaşdırılır. Paşinyanın Ermənistanın hərbi potensialının artırılmasına ümid bəsləməsi və bunun üçün tədbirlər görməsi isə Fransa ilə birgə qurulan oyunudur. 

Onun Hindistandan silah alması isə aydın deyil, daha doğrusu, bunun kimə qarşı yönəldiyi bəllidir. Ona görə də burada Paşinyan çox güman ki, manipulyasiya və nəzarət altındadır. Həm də təkcə Makron tərəfindən yox... 
Mən hesab edirəm ki, növbəti müharibə mümkündür. Amma bu baş versə də, Ermənistanın şansı yoxdur. Çünki Azərbaycanın güclü ordusu var. İkincisi, biz indi özünü Rusiya, Azərbaycan və Türkiyənin düşməni kimi göstərən Ermənistan hakimiyyətinə qarşı müttəfiqik. Təbii ki, biz bu ssenaridə Azərbaycanı dəstəkləməyə hazır olacağıq”, - deyə Tatyana Poloskova əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR