İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran səmasında "ov" uğursuz oldu – İran PUA-ları İsrail qırıcılarını vura bilmədi

871 21.03.2026 13:09 Dünya A A

Martın 21-nə keçən gecə və sübh saatlarında Tehranın hava hücumundan müdafiə (HHM) sistemləri şəhər üzərində uçan İsrail hərbi təyyarələrini vurmağa cəhd etsə də, bu cəhdlər tam uğursuzluqla nəticələnib.

Musavat.com xəbər verir ki, yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı çoxsaylı görüntülərdə Tehranın müxtəlif nöqtələrində yerləşdirilmiş mobil buraxılış qurğularından İsrail qırıcılarına qarşı raketlərin atıldığı aydın şəkildə əks olunub. Lakin şahidlərin ifadələrinə görə, atılan raketlərin heç biri hədəfə dəyməyib; əksinə, videoqeydlərin birində İsrail pilotunun təhlükəni hiss edərək "istilik tələləri" (flare) buraxdığı və manevr edərək raketdən asanlıqla yayındığı görünür. İsrail Müdafiə Ordusu (SAXAL) sübh saatlarında verdiyi rəsmi bəyanatda Tehranın strateji hədəflərinə, o cümlədən raket istehsalı müəssisələrinə və HHM batareyalarına dəqiq zərbələr endirdiyini təsdiqləyib.

İran tərəfinin raketləri fərqli vaxtlarda və pərakəndə şəkildə atması Tehranın hava hücumundan müdafiə sisteminin mərkəzləşdirilmiş idarəetməni itirdiyini və pilotsuz uçuş aparatları ilə qırıcıların kütləvi hücumu qarşısında aciz qaldığını sübut edir. Hazırda paytaxt üzərində tüstü dumanının yüksəldiyi və bəzi strateji obyektlərin hələ də yanmaqda olduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR