İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaprak Dökümü"nün "Şevket"i illər sonra - FOTO

476 15.07.2026 15:33 Şou-biznes A A

"Yaprak Dökümü" serialında "Şevket" obrazını canlandıran aktyor Caner Kurtaran illər sonra yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq həyat yaşayan 47 yaşlı aktyorun yeni fotosu sosial şəbəkələrdə yayılıb.

Caner Kurtaranın son görüntüsü izləyicilər tərəfindən maraqla qarşılanarkən, fotodakı bir detal xüsusi diqqət çəkib. Belə ki, şəkil çəkilən anda arxa planda işləyən televizorda da aktyorun "Yaprak Dökümü" serialından görüntüsü əks olunub. Bu təsadüf sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Qeyd edək ki, Caner Kurtaran serialın ilk bölümlərində "Şevket" obrazını canlandırsa da, sonradan layihədən ayrılıb və rolu başqa aktyor ifa edib. Uzun müddətdir ekranlardan uzaq qalan Kurtaranın son görüntüsü pərəstişkarları üçün nostalji anlar yaşadıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR