İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış kulinarın sosial şəbəkə hesabı oğurlandı – Adından pul istəyirlər  

424 15.07.2026 16:50 Ölkə A A

Tanınmış kulinariya tarixçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun teleqram hesabı dələduzlar tərəfindən ələ keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Tahir Əmiraslanov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, dələduzlar onun teleqram hesabını ələ keçirərək adından tanışlarına və izləyicilərinə pul istəməyə başlayıblar.

Tahir Əmiraslanov vətəndaşlara müraciət edərək ehtiyatlı olmağa çağırıb:

"Dostlar, dələduzlar mənim teleqram kanalımı ələ keçirib, mənim adımdan hamıdan pul istəyirlər. Lütfən açmayın və cavab verməyin".

Kulinar izləyicilərindən həmin hesabdan gələn mesajlara etibar etməməyi və heç bir halda pul köçürməməyi xahiş edib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR