“Fənərbaxça”dan ayrıldıqdan sonra İtaliyanın "A Seriyası" təmsilçisi “Bolonya” ilə 2+1 illik müqavilə imzalayan təcrübəli məşqçi Domeniko Tedeskonun yeni komandasındakı ilk transfer hədəfi bəlli olub.
Bu barədə İtaliya mediası məlumat yayıb.
Bildirilib ki, gənc mütəxəssis ilk transferini sabiq klubu “Fənərbaxça”dan etmək üçün hərəkətə keçib. Təcrübəli mütəxəssisin İstanbul nəhəngində rəhbərliyi altında çıxış edən niderlandlı müdafiəçi Ceyden Osteruoldeni israrla komandasında görmək istədiyi qeyd olunub.
“Fənərbaxça” rəhbərliyi isə 23 yaşındakı müdafiəçini asanlıqla buraxmaq niyyətində deyil. Sarı-lacivərdlilərin heyətində vazkeçilməz isimlərdən biri olan gənc futbolçunun transfer qiyməti artıq klub rəhbərliyi tərəfindən müəyyənləşdirilib. İtalyan klubunun yaxın günlərdə transferlə bağlı rəsmi danışıqlara başlayacağı gözlənilir.\\Metbuat.az






