İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış musiqiçinin oğlu faciəvi şəkildə öldü FOTO

809 07.06.2026 15:27 Hadisə A A

Naxçıvanda faciəvi hadisə baş verib.

Musavat.com xəbər verir ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu su kanalına düşərək həyatını itirib.

Məlumata görə, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıq nəticəsində su kanalına düşüb.

Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Azyaşlı sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

06be873b40b38879ae348f8d80b4b4ec.jpg (207 KB)

Qeyd edilib ki, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR