İnsanlara hürriyət, millətlərə istiqlal!

19 nəfər suşidən zəhərləndi

681 10.07.2026 21:29 Dünya A A

Moskva ətrafındakı Zaraysk şəhərində yerləşən "Mokkano" suşi-barında kütləvi zəhərlənmə baş verib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, restoranda roll yeyən 19 nəfər kəskin qastroenterit diaqnozu ilə infeksion xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər arasında yaşları 1 ilə 16 arasında dəyişən 7 uşaq da var.

Məlumata görə, zəhərlənənlərdən 13 nəfəri orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, digər 6 nəfər isə həkim müayinəsindən sonra evə buraxılıb. Faktla bağlı epidemioloji araşdırma başladılıb, kafe müvəqqəti olaraq bağlanıb.

Yerli sakinlər sözügedən məkandan daha əvvəl də şikayətçi olublar. Müştərilər yeməklərin çiy, dadsız və ya turşumuş olduğunu, kafedə yeyəndən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR