İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp komandasına İranla danışıqlara dair tapşırıq: Davam etdirin, amma...

506 11.07.2026 08:49 Dünya A A

ABŞ prezidenti Donald Tramp danışıqlar qrupuna İranla dialoqu davam etdirməyi tapşırıb.

Musavat.com xəbər verir ki, CBS-in adı açıqlanmayan rəsmilərə istinadən verdiyi məlumata görə, danışıqların növbəti mərhələsi 11 iyul şənbə günü Omanda keçiriləcək: "Tramp vitse-prezident J.D. Vens, prezidentin kürəkəni Cared Kuşner, xüsusi elçi Stiv Vitkoff və dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi komandasına danışıqları davam etdirməyi tapşırıb".

Nəşr həmçinin bildirir ki, əgər İran "düşmənçilik hərəkətlərini" davam etdirərsə, ABŞ həm hərbi, həm də iqtisadi tədbirlərdən istifadə etmək niyyətindədir.

Kanala görə, Tramp danışıqlar qrupuna razılığa gəlmək üçün fürsət və vaxt verir, lakin bu müddətin məhdud olduğu qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR