İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlər arasında post savaşı başladı

652 10.07.2026 21:42 Dünya A A

Ermənistanda revanşist mövqeyi ilə tanınan "Güclü Ermənistan" partiyasında parlamentin müxalifət kvotası üzrə vitse-spiker postu uğrunda mübarizə başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, vitse-spiker vəzifəsinə partiyanın üzvü Qoar Meloyan iddialıdır. Lakin partiya daxilində onun nüfuzlu şəxs kimi qəbul edilmədiyi bildirilir.

Qəzet iddia edir ki, posta əsas namizədlərdən biri də partiyanın liderlərindən Narek Karapetyandır. Məlumata görə, o, yaxın çevrəsində bu məsələ ilə bağlı "Əmim  necə desə, elə də olacaq" ifadəsini işlədib.

Qeyd edək ki, "Güclü Ermənistan" partiyası parlament seçkilərində müxalifət düşərgəsinin əsas qüvvələrindən biri kimi parlamentə daxil olub. Burada nəzərdə tutulan "əmi" isə partiyanın lideri, erməni milyarder Samvel Karapetyandır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR