Rusiyada ilk dəfə bir Amur bəbirinin elmi cəhətdən təsdiqlənmiş dördüncü nəsli qeydə alınıb.
Musavat.com xəbər verir ki, Rusiyanın Primorsk diyarında Gratsiya (Leo 23F) adlı dişi Amur bəbiri alimlərin qeydiyyata aldığı ilk nəvəsinin nəvəsinə sahib olan bəbir kimi tarixə düşüb.
"Bəbirlər ölkəsi" Milli Parkının açıqlamasına görə, Gratsiyanın nəsil ağacı bu günə qədər elm aləmində sənədləşdirilmiş ən uzun Amur bəbiri şəcərələrindən biri hesab olunur.
Musavat.com






