Vaşinqton administrasiyası Tehran zənginləşdirilmiş uran ehtiyatını ABŞ-a təhvil verməyə razı olmadığı təqdirdə İranla yekun razılaşma əldə olunmasını istisna edib.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ rəsmisi brifinqdə deyib: "Sadəcə aydınlaşdırmaq istəyirəm ki, əgər biz nüvə tozunu almasaq (ABŞ administrasiyası zənginləşdirilmiş uranı "nüvə tozu" adlandırır – red.), İranla razılaşma əldə etməyəcəyik".
Reuters agentliyinin məlumatına görə, ABŞ rəsmisi Tehranın tabe olmaqdan imtina edəcəyi təqdirdə ABŞ-ın hərəkətlərinə toxunaraq əlavə edib: "Bizim bir çox variantımız var".
Musavat.com






