Ermənistan Daxili İşlər Nazirliyinin aldığı yeni polis avtomobillərində gözlənilməz texniki problem üzə çıxıb.
Musavat.com xəbər verir ki, nazirlik əvvəllər alınmış "Geely Galaxy E8" elektromobillərinə sayrışan işıq siqnallarının quraşdırılması üçün tender elan edib.
Qurumun sorğuya cavabında bildirilib ki, hazırda tender prosesi davam edir və təqdim olunan təkliflər qiymətləndirilir.
Nazirlik hansı sayda avtomobilə işıq siqnallarının quraşdırılacağını açıqlamayıb.
Məlumata görə, problem hələ ilin əvvəlində ortaya çıxmışdı. Belə ki, alınan elektromobillərin panoram şüşə damına adi üsulla sayrışan işıq siqnallarını bərkitmək mümkün olmayıb.
Musavat.com






