İnsanlara hürriyət, millətlərə istiqlal!

Tağı Əhmədovdan sələm alan şəxslərə hökm oxunub

826 18.11.2022 12:36 Kriminal A A

Dələduzluqda təqsirləndirilən Qulu Muxtarov və Sahil Abuşova hökm oxunub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda Q.Muxtarov 8 il 6 ay, S.Abuşov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib.

Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.

Xatırladaq ki, S.Xəlilovun cinayət işi ayrıca icraata ayrılıb və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR