Böyük Mançester meri Endi Börnhem İcmalar Palatasına əlavə seçkilərdə qalib gəlib.
Musavat.com Sky News-a istinadən xəbər verir ki, Şimali İngiltərədəki Makerfild seçki dairəsi üzrə elan edilən nəticələrə əsasən 56 yaşlı siyasətçi 24.900 səs toplayaraq əsas rəqibi, sağçı populist Reform UK partiyasından olan Robert Kenyonu geridə qoyub.
Artıq millət vəkili statusuna sahib olan Börnhem Leyborist Partiyasının liderliyinə namizəd ola biləcək. Əgər partiya daxilindəki yarışda qalib gələrsə, hazırda Leyboristlər hakimiyyətdə olduğundan avtomatik olaraq baş nazir olacaq.
Siyasətçi əvvəllər hazırkı baş nazir Kir Starmerə rəqib olmaq niyyətində olduğunu açıqlayıb. Leyborist Partiyasının rəhbərliyinin dəyişdirilməsi prosesinə başlamaq üçün partiya üzvlərinin 20 faizinin (hazırda 81 millət vəkili) dəstəyini qazanmalıdır. Bundan sonra partiya üzvləri üstünlük verdikləri namizədə səs verəcəklər.
Starmer dəfələrlə öz vəzifəsini qoruyacağını bildirib.
Musavat.com






