İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlərdə yenə Azərbaycan qorxusu: Müxalifət müqavimətə çağırıldı

362 23.07.2026 22:39 Dünya A A

Ermənistan müxalifətində Azərbaycanın İrəvanın daxili siyasi proseslərinə təsir göstərməsi barədə növbəti iddialar səsləndirilib. Bu dəfə Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zorabyan müxalifəti indidən “müqavimətə” hazırlaşmağa çağırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Zorabyan “Suallar var” proqramında çıxışı zamanı Nikol Paşinyan hakimiyyətini qeyri-legitim adlandırıb və baş naziri Ermənistanda avtoritar idarəçiliyi tam bərqərar etməyə çalışmaqda ittiham edib.

Onun sözlərinə görə, Narek Karapetyan ətrafında baş verənlər də bu siyasətin tərkib hissəsidir. Zorabyan iddia edib ki, Paşinyan Karapetyanı təcrid etməklə “Güclü Ermənistan” partiyasının deputatlarına təzyiq göstərmək və onları qorxutmaq istəyir.

Erməni siyasətçi həmin ssenaridə Paşinyanın tək olmadığını da irəli sürüb. Onun versiyasına görə, baş nazirin arxasında “çox ciddi qüvvələr” – ABŞ, Avropa İttifaqı, İsrail, Türkiyə və Azərbaycan dayanır.

Zorabyan bu iddialarını əsas gətirərək Ermənistan müxalifətini indidən təşkilatlanmağa çağırıb.

“Müxalifət artıq indidən müqavimətin təşkili üçün hazırlıq işlərinə başlamalıdır”, – deyə o bildirib.

Beləliklə, Ermənistan müxalifətinin bir hissəsi ölkədaxili siyasi mübarizəni yenidən Azərbaycan amili ilə əlaqələndirməyə çalışır. Zorabyan isə bu dəfə daha da irəli gedərək ABŞ, Aİ, İsrail və Türkiyəni də eyni siyasi ssenarinin iştirakçıları kimi təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR