İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketinin təsdiqini blokladı

204 23.07.2026 20:06 Dünya A A

Afina etiraz etdikdən sonra Avropa İttifaqı səfirləri yeni məhdudiyyətlər barədə razılığa gələ bilməyiblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Yunanıstan Rusiyanın LNG daşınması xidmətlərinə tam qadağanın aradan qaldırılmasını tələb edir.

Yeni məhdudiyyətlər məsələsi ilk olaraq 22 iyulda Aİ daimi nümayəndələr komitəsinin iclasının gündəliyində idi. İlkin müzakirədən sonra səfirlər müzakirəni axşama qədər təxirə salıblar.

Axşam danışıqları təxminən iki saat davam edib, lakin heç bir nəticə verməyib. İştirakçılar ertəsi gün səhərə qədər təxirə salıblar.

Aİ diplomatlarından biri fikir ayrılığını Afinanın mövqeyi ilə əlaqələndirib. Məsələ həmçinin Rusiyanın mayeləşdirilmiş təbii qazının üçüncü ölkələrə daşınması ilə bağlıdır.

Bu gün Aİ səfirləri 21-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilməyib, çünki Yunanıstan, xüsusən də üçüncü ölkələrə Rusiyanın mayeləşdirilmiş təbii qaz daşınması xidmətlərinə tam qadağanın aradan qaldırılmasında israr etməyə davam edir. Diplomatın sözlərinə görə, müzakirə sabah səhər yenidən başlayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR