Hazırkı “El Niño” iqlim fenomeni ekstremal səviyyəyə çatmaq riski daşıyır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu avstraliyalı iqlimşünas Andrea Taşetto deyib.
"Avstraliya meteorologiya bürosunun proqnozu göstərir ki, nisbi “El-Niño” indeksi 3,4-ə əsasən mərkəzi Sakit okeanda istiləşmə üç dərəcə çox olacaq. Bu dəyərlər ekstremal “El Niño” meyarlarına cavab verir", - deyə ekspert izah edib.
Onun sözlərinə görə, bu inkişaf okeanın yeraltı təbəqəsindəki çoxlu miqdarda istiliklə də göstərilir. Şərqi Sakit okeanda yeraltı suyun temperaturu normadan beş dərəcə keçib. Buna görə də səthə qalxan bütün sular adi haldan daha istidir. Cənubi Amerika sahillərində dəniz səthinin temperaturu artıq normadan üç-dörd dərəcə yüksəkdir.
Taşetto izah edib ki, atmosfer dəyişiklikləri də istiləşmə prosesinə təkan verir. Sakit okean üzərində dəyişən külək modelləri daha da istiləşməyə səbəb olur, İndoneziya üzərində bulud örtüyü azalır və mənfi Cənub Ossillasiyası İndeksi (SOI) regionun normal atmosfer dövranının zəiflədiyini göstərir.
Əvvəllər “El-Nino” hadisəsinin 2026-cı ilin dekabrında pik həddə çatacağı bildirilirdi.
Musavat.com






