İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı — VİDEO

355 23.07.2026 23:30 Ölkə A A

Ağdam rayonunda açıq ərazidə iki gün əvvəl başlayan yanğın genişlənərək dörd kəndin ərazisinə keçib.

Yanğın Kəngərli kəndi istiqamətində minadan tam təmizlənməmiş ərazilərdə davam etdiyindən alovun söndürülməsi çətinləşib.

Nəticədə yanğın Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndlərinin ərazilərinə yayılıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər alovun keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün söndürmə və məhdudlaşdırma işlərini davam etdirirlər. Mina təhlükəsi yanğınla mübarizə tədbirlərini çətinləşdirən əsas amillərdən biridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR