İnsanlara hürriyət, millətlərə istiqlal!

TRIPP erməni revanşistlərini yenə narahat edir – Matevosyandan yeni versiya

296 23.07.2026 21:33 Dünya A A

Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin “Tramp marşrutu”nun (TRIPP) maliyyələşdirilməsinə cavabdeh olacaq TRIPP+ Enterprise Fund-a Rusiya əsilli amerikalı investor Konstantin Sokolovu rəhbər təyin etməsi Ermənistanda müzakirələrə səbəb olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq Beniamin Matevosyan VERELQ-ə açıqlamasında bu seçimin Vaşinqtonun Moskvaya ünvanladığı müəyyən siyasi jest olub-olmadığı barədə sual qaldırıb.

Matevosyanın sözlərinə görə, Sokolovun Rusiya ilə əlaqələri yalnız onun mənşəyi ilə məhdudlaşmır. Son illərdə Ermənistandakı bir sıra Rusiya aktivləri məhz onun nəzarətinə keçib.

Politoloq buna nümunə kimi Rusiyanın VTB bankının Teğut mis-molibden yatağındakı aktivlərini Sokolova satmasını göstərib. O, vaxtilə Rusiya kapitalına bağlı olmuş “Viva-MTS”in aktivlərinin də Sokolova keçdiyini xatırladıb.

Matevosyan başqa bir maraqlı məqama da diqqət çəkib. Konstantin Sokolov Sovet İttifaqında anadan olub, biznes fəaliyyətinin mühüm hissəsi uzun müddət Sankt-Peterburqla bağlı olub və rus dilini mükəmməl bilir. Ekspertin iddiasına görə, bütün bunlar onun Rusiyanın siyasi, hərbi və biznes elitası ilə ünsiyyət qurmaq imkanlarını asanlaşdırır.

“Bu baxımdan Vaşinqtonun kifayət qədər incə addım atdığını etiraf etmək lazımdır”, – deyə Matevosyan bildirib.

Erməni politoloq təyinatla bağlı iki mümkün versiya irəli sürüb. Onun fikrincə, Sokolovun seçilməsi Vaşinqtonun Moskvanın Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa çalışmasının göstəricisi ola bilər. Digər ehtimala görə isə ABŞ, əksinə, Rusiya sistemini və onun elitasını yaxşı tanıyan keçmiş SSRİ mənşəli biznesmen vasitəsilə Moskvanın regiondakı mövqelərini daha da zəiflətməyə çalışır.

Matevosyan hesab edir ki, bu iki versiyadan hansının doğru olduğunu yaxın gələcək göstərəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR