İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, qadınların kişilərə tələsidir”

487 23.07.2026 19:44 Dünya A A

Türkiyəli müğənni və aparıcı Seda Sayan açıqlaması ilə gündəmə gəlib.

Sənətçi qatıldığı proqramlardan birində "mətbəxdəki kişi daha seksidir" fikri ilə razılaşmadığını bildirib.

Seda Sayan bu ifadənin əslində qadınların kişilərə yemək bişirtmək üçün istifadə etdiyi "şirin bir taktika" olduğunu deyib.

"Mən bu fikirlə heç razı deyiləm. Buna inanmayın. Bu, qadınların kişilərə qurduğu bir tələdir. "Gəl yemək bişir" deməyin başqa yoludur. Sonra da "pomidoru necə gözəl doğradın" deyib onları həvəsləndiririk. Biz qadınların belə şirin oyunları olur" – deyə müğənni bildirib.

Sayanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirə olunub.

Sənətçi həmçinin tək qalmağı sevmədiyini də açıqlayıb. Gözəl bir yerə gedərkən yanında mütləq dostunun olmasını istədiyini deyən Seda "Mən yalnızlıqdan heç xoşlanmıram. Heç nə etməsəm, evlənərəm" sözləri ilə diqqət çəkib.\\axsam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR