İnsanlara hürriyət, millətlərə istiqlal!

Umut Oğuz buz kimi suya girdi: "Bu nə buz imiş!"

514 23.07.2026 23:06 Şou-biznes A A

Məşhur aktyor Umut Oğuz Muğlanın Köyceğiz rayonunda yerləşən Yuvarlakçayda çəkdiyi əyləncəli video ilə sosial mediada gündəmə gəlib.

“Adanalı” serialında canlandırdığı Fikret (Fiko) obrazı ilə tanınan aktyor yay istisindən uzaqlaşmaq üçün Yuvarlakçayın sərin sularına girib. Buz kimi suya girmə anlarını izləyiciləri ilə bölüşən Oğuzun zarafatcıl ifadələri və təbii reaksiyaları böyük maraqla qarşılanıb.

Videoda “Bura Yuvarlakçaydır, hər igid girə bilməz. Cəsarətli olmaq lazımdır!” deyən aktyor suya girdikdən sonra soyuğun təsirindən çətin anlar yaşayıb.

Titriyərək sudan çıxan Umut Oğuz “İndi başa düşdüm niyə Yuvarlakçay deyirlər. Qardaş, bu nə buz imiş!” sözləri ilə izləyənləri güldürüb.

Aktyorun paylaşımı qısa müddətdə sosial şəbəkələrdə minlərlə bəyənmə və şərh toplayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR