İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"

270 23.07.2026 23:51 İdman A A

"Qarabağ" ÇSKA ilə cavab oyununda daha yaxşı nəticə əldə etməyə çalışacaq.

Bunu Ağdam təmsilçisinin baş məçqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:

"İlk dəqiqələrdən gərgin oyun oldu. Yaxşı komandaya qarşı mübarizə apardıq. Düşünürəm ki, bir o qədər baxımlı matç izləmədik. Hava sərin olsaydı daha yaxşı oyuna şahidlik edə bilərdik. Cavab görüşündə daha yaxşı nəticə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR