İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınları hiddətləndirən reklama görə şirkətdən etiraf

1148 14.07.2026 16:43 Qalmaqal A A

Aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı ətrafında yaranan qalmaqal səngimək bilmir. Sosial şəbəkələrdə günlərlə davam edən sərt tənqidlər, etirazlar və boykot çağırışlarından sonra reklamı hazırlayan şirniyyat şirkəti məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Musavat.com xəbər verir ki, şirkət geniş ictimai narazılıqdan sonra qalmaqal yaradan reklam çarxını sosial şəbəkə hesablarından silib və bununla bağlı bəyanatında bildirib:

"Son günlər reklam çarxımızla bağlı səsləndirilən fikirlər və yaranan müzakirələr bizi səmimi şəkildə məyus edib. "Almond Cake & Bakery" olaraq fəaliyyətimizin ilk günündən əsas məqsədimiz müştərilərimizə yüksək keyfiyyətli məhsullar təqdim etmək və onlara xoş, yaddaqalan anlar yaşatmaq olub.

Sağlam və təbii qida dəyərimizin ön plana çıxarılması məqsədilə hazırlanan reklam çarxımızın cəmiyyətdə, xüsusilə qadınlar arasında narahatlıq yaratdığını görür, səsləndirilən bütün fikirləri diqqətlə dinləyir və bütün iradları ciddiyyətlə qəbul edirik.

Qeyd edirik ki, reklam çarxının məqsədi heç bir halda insanların görünüşünü, şəxsi seçimlərini və ya fərdi qərarlarını mühakimə etmək, yaxud hər hansı bir qrupu hədəf almaq olmayıb. Reklamın yaratdığı təsirin ilkin niyyətimizdən tamamilə fərqli formada qəbul olunduğunu bildirir, formalaşan müzakirələrin vermək istədiyimiz əsas mesajdan tamamilə uzaqlaşdığını dərin təəssüf hissi ilə müşahidə edirik. Yaranmış ictimai reaksiya bizə göstərdi ki, bu reklam çarxı ilə brendimizin təmsil etdiyi dəyərləri və vermək istədiyimiz mesajı düzgün çatdıra bilməmişik. Ona görə də bütün səsləndirilən rəyləri və yaranmış ictimai həssaslığı nəzərə alaraq reklam çarxının yayımını dayandırmaq qərarı verdiyimizi diqqətinizə çatdırırıq.

Bildiririk ki, heç bir qarşıdurmanın və ya polemikanın, eləcə də fəaliyyətimizlə birbaşa əlaqədar olmayan müzakirələrin tərəfi və ya subyekti olmaq istəmirik. Gələcək kommunikasiya layihələrimizdə yaradıcı qərarların qəbulunda əlavə qiymətləndirmə mexanizmləri tətbiq edəcək, onların mümkün ictimai təsirlərini əvvəlcədən daha əhatəli şəkildə qiymətləndirəcəyimizi əminliklə bildiririk".

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR