İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrinin əri ilə dəniz istirahəti - FOTOLAR

785 15.07.2026 13:14 Şou-biznes A A

Yeni ailə quran aktrisa Nəsrin Cavadzadə ilə həyat yoldaşı Kadir Taner Uçar Bodrum tətilində romantik və əyləncəli anları ilə diqqət çəkiblər.

Musavat.com xəbər verir ki, günə dənizdə başlayan cütlük səhər saatlarından etibarən mavi suların və günəşli havanın dadını çıxarıb.

Əllərinə tennis raketləri alan Nəsrin və Kadir suyun içində tennis oynayaraq həm idman edib, həm də əyləncəli vaxt keçiriblər.

Cütlüyün səmimi gülüşləri və bir-birinə zarafatla meydan oxuduğu anlar ətrafdakıların da diqqətini çəkib.

Dənizdəki oyundan sonra sahildə dincələn cütlük romantik anlar yaşayıb. Yeni evlənən Nəsrin Cavadzadə ilə Kadir Taner Uçarın bir-birinə olan sevgisi və harmoniyası sosial şəbəkələrdə də geniş müzakirə olunub.

Könül
Musavat.com

Nəsrinin əri ilə dəniz keyfiNəsrinin əri ilə dəniz keyfiNəsrinin əri ilə dəniz keyfi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR