İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin aviazərbələri nəticəsində İranda ölənlərin sayı AÇIQLANDI

691 15.07.2026 11:28 Dünya A A

Yaxın Şərqdə münaqişənin yenidən gərginləşməsi zamanı son günlər İranda 260-dan çox insan xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kərmanpur sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, xəsarət alanların arasında 3 qadın və 6 azyaşlı var.

Məlumatına görə, nazirlik rəsmisi açıqlamasında ölənlərin də olduğunu qeyd edib: "Təəssüf ki, həlak olanlardan ikisi qadındır. Yaralananlardan 222 nəfəri isə müalicə olunduqdan sonra xəstəxanalardan evə buraxılıb".

Xatırladaq ki, tərəflər arasında gərginlik iyulun 8-də başlayıb. Həmin vaxt tərəflər qarşılıqlı zərbələr endirərək bir-birlərini əldə olunmuş razılaşmaları, o cümlədən imzalanmış memorandumu pozmaqda ittiham ediblər. ABŞ Prezidenti Donald Trampın qarşılıqlı anlaşma memorandumunu qüvvədən düşmüş elan etməsindən sonra da ABŞ və İran arasında qarşılıqlı zərbələrin endirilməsi davam edib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR