İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya prezidenti evsiz qaldı

3599 15.07.2026 14:25 Dünya A A

Cənubi Koreya prezidenti Li Çje Myon (Lee Jae-myung) yeganə mənzilini satıb və bu sövdələşmədən sonra artıq heç bir evinin olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.

Li Çje Myon hökumətin mənzil siyasətinə həsr olunmuş iclasında mövzu ilə bağlı danışarkən, “Mənim artıq evim yoxdur”, – deyə bildirib.

Agentliyin verdiyi məlumata görə, dövlət başçısı paytaxt Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən mənzilini hələ fevral ayında satışa çıxarıb.

Bu qərarın hakimiyyət orqanlarının daşınmaz əmlak bazarını sabitləşdirmək istiqamətində həyata keçirdiyi tədbirlər fonunda qəbul edildiyi və vətəndaşların aparılan siyasətə inamını artırmaq məqsədi daşıdığı qeyd olunur.

Cənubi Koreya rəsmiləri öz mənzillərində yaşamayan ev sahiblərini daşınmaz əmlakı investisiya aktivi kimi saxlamaqdansa, satmağa təşviq etməyə çalışırlar. Hökumət hesab edir ki, bu cür təcrübə mövcud mənzil fondunun azalmasına səbəb olur və qiymətlərin artmasına birbaşa təsir göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR