İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Hörmüz uğrunda savaş neft bazarını BELƏ DƏYİŞDİ

477 15.07.2026 11:10 İqtisadiyyat A A

Dünya neft bazarı ABŞ ilə İran arasında Hörmüz uğrunda başlanan gərginliyin təsirlərini yaşamaqdadır.

Musavat.com xəbər verir ki, İranın boğazdan keçən 3 neft tankerini vurması fonunda neft qiymətlərində dünən qeydə alınan qiymət sıçrayışından sonra bazarda nisbi sakitlik yaranıb.

Londonun ICE birjasında "Brent" neftinin qiyməti 0,6 dollar bahalaşmaqla 85,4 dollara, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti isə 0,4 dollar artmaqla 79,7 dollara çatıb.

Analitiklərə görə, İranın zərbələrinə baxmayaraq, Hörmüzün Oman ərazi suları ilə tankerlərin hərəkəti tam dayanmayıb. Bu, dünya bazarında qiymətlərin daha yüksək sürətlə artmasının qarşısını alır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR