İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın siyasi “amputasiyası”na hazırlıq

975 15.07.2026 08:10 Siyasət A A

Kreml İrəvanın balans siyasətinə daha dözmək fikrində deyil; Rusiya nəşri yazır ki, erməni baş nazirin ayağı Putinin kabinetindən uzun müddətə kəsilib, uzağı sentyabradək...

Ermənistanın baş naziri Nikol Paşinyan son iki ildə yeddi dəfə Rusiyaya səfər etsə də, sonuncu dəfə onu prezident Vladimir Putin deyil, baş nazir Mixail Mişustin uzaq Uralda qəbul etdi. “Vedemosti” nəşri yazır ki, Paşinyanın ayağı hələ uzun müddət Kremlə dəyməyəcək. Çünki Moskva artıq Ermənistan baş nazirinə əvvəlki etimadı göstərmir və İrəvanın son illərdə atdığı addımları Rusiyanın strateji maraqlarına zidd hesab edir.

Ekspertin qənaətincə, yaxın aylarda Ermənistanın geosiyasi kursunda dəyişiklik baş verməsə, qazın qiymətinə yenidən baxılması mümkündür. Belə ki, avqust-sentyabr aylarında bu məsələ gündəmə gələ və oktyabr ayına qədər yeni tariflərin tətbiqi istisna olunmaya bilər. İrəvan Avropa yolunu seçirsə, enerjidaşıyıcılarını da dünya bazar qiymətləri ilə almağa hazır olmalıdır.

Son hadisələr Rusiya-Ermənistan münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Əgər əvvəllər Kreml İrəvanın balans siyasətinə müəyyən qədər dözümlə yanaşırdısa, indi artıq daha konkret mövqe nümayiş etdirir. Onun fikrincə, yaxın aylarda Ermənistan rəhbərliyi qarşısında iki seçim qalacaq: ya Rusiya ilə strateji müttəfiqliyi davam etdirmək, ya da Avropa inteqrasiyasını seçərək bunun siyasi və iqtisadi nəticələrini qəbul etmək.

Ermənistan baş nazirinin son olaraq Mişustinlə görüşdə “hansısa məxfi razılaşmaların əldə edilməsi” barədə verdiyi açıqlamaya baxmayaraq, Moskva ilə İrəvan arasında münasibətlərdə dönüş nöqtəsi yaratmadı. Əksinə, ekspertlərin qiymətləndirməsinə görə, Kreml Ermənistan rəhbərliyinə ilk dəfə bu qədər açıq şəkildə geosiyasi seçim etməyin vaxtının çatdığını nümayiş etdirdi. Qarşıdakı aylar isə bu münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək.

Yeri gəlmişkən, Mişustin Paşinyanla görüşdə deyib ki, Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir. Onun sözlərinə görə, Moskva Ermənistandan rusiyalı investorların hüquqlarının və qanuni maraqlarının qorunmasını gözləyir. Paşinyan isə çıxışında Rusiya ilə problemli məsələlərin həll olunacağına ümid etdiyini bildirib. O, Ermənistan Avrasiya İqtisadi İttifaqında iştirakda maraqlı olduğunu qeyd edib. Bu arada, 2026-cı ilin yanvar-may aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% azalıb. Bu barədə Ermənistan Statistika Komitəsindən bildirilib. Məlumata görə, cari ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard 196 milyon ABŞ dolları təşkil edib. Halbuki 2025-ci ilin yanvar-may aylarında bu göstərici 2 milyard 763 milyon milyard dollar olub. Bununla yanaşı, Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı da azalıb. Belə ki, 2026-cı ilin yanvar-may aylarında bu göstərici 28%, ötən ilin eyni dövründə isə 35,1% təşkil edib. Eyni zamanda Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı da 2025-ci ilin ilk beş ayında qeydə alınmış 36,7%-dən 2026-cı ilin eyni dövründə 29,8%-ə enib. Bununla belə, Ermənistanın Aİİ-nin digər üzv ölkələri ilə ticarət dövriyyəsi artıb. Belarusla ticarət 8,3%, Qazaxıstanla 10%, Qırğızıstanla isə 194,8% yüksəlib ."Moskva ilə İrəvan arasında münasibət tarixi bağlara və xalqların qarşılıqlı rəğbətinə əsaslanır". Bunu iyulun 13-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bloger Olqa Blaqoveşenskayaya müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya Ermənistanı təkcə suveren dövlət kimi deyil, həm də ortaq tarix, humanitar əlaqələr, ailə münasibətləri və birgə layihələrlə bağlı olduğu ölkə kimi qiymətləndirir: “Bizim tərəfdən hər zaman yalnız yardım və dəstək olub. Bu, təkcə geosiyasi amillərlə deyil, mənim sevgi adlandırdığım - xalqlarımızın səmimi bağlılığı və mədəni yaxınlığı ilə əlaqədardır. Rusiya Prezidenti Vladimir Putin müxtəlif dövrlərdə qan tökülməsinin qarşısının alınması, Ermənistana dəstək göstərilməsi və ölkənin inkişafına yardım edilməsi istiqamətində dəfələrlə təşəbbüslərlə çıxış edib. Moskva ilə İrəvan arasında əməkdaşlıq təhlükəsizliklə yanaşı, iqtisadiyyat, energetika və sənaye sahələrini də əhatə edir”.Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili isə Rusiyanın Ukraynadakı müharibədə uğur qazana bilmədiyini və Kremlin diqqətini regiona yönəldə biləcəyini iddia edib. Saakaşvilinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada məğlub olur və buna görə də növbəti mərhələdə Belarus, Gürcüstan və Ermənistana qarşı ekspansion siyasət yürütməyə cəhd göstərə bilər.

 

Xəyal Bəşirov: Ulu Öndərin həyat fəlsəfəsinə həsr olunmuş tədbirlər davam  etdiriləcək - AZƏRTAC

Siyasi şərhçi Xəyal Bəşirov Rusiya ilə Ermənistan münasibətlərində 8 ildir davam edən soyuqluğu Azərbaycan üçün uduş hesab edir. Onun fikrincə, nə qədər ki Paşinyan iqtidardadır, İrəvan Moskva ilə köhnə əlaqələrə qayıtmayacaq: “Məncə, proseslərə də Azərbaycanın maraqları kontekstində baxmaq lazımdır. Çünki Rusiya erməniləri itirmədiyini düşünür, sadəcə, hökumət onlarla dost deyil. Zaxarova da son çıxışında dedi ki, ermənilər dost xalqdır. Deməli, problem hökumətin siyasi kursudur. Bizə isə Rusiyadan uzaqlaşmaq istəyən erməni hökuməti lazımdır”.

X.Bəşirov inanmır ki, Ukrayna böhranı dövründə Moskva-İrəvan əlaqələri yaxşılaşacaq: “Paşinyan Qərbin dəstəyi ilə iqtidarı ələ alıb və sonra Avropa İttifaqından təhlükəsizlik çətiri kimi istifadə edib. Bu gün də hakimiyyət Avropa ilə münasibətləri gücləndirməyi hədəfləyib. Ona görə də Rusiya bu hakimiyyətdən hansısa formada qurtuluş yolları axtarır. Bu gün çıxış yolu tapmır və kobud müdaxilə də edə bilmir, amma gələcəyə planları dəyişməyib. Necə ki Gürcüstanda 8 il sonra Saakaşvili  iqtidarı dəyişmişdi”.

Qərbin bölgədəki mövqeyini Ermənistan üzərindən gücləndirdiyini deyən ekspertin qənaətinə görə, region uğrunda rəqabət davam edəcək: “Rusiya Paşinyanı bu seçkilərdə də devirə bilmədi və səbəblər fərqlidir. Digər tərəfdən, Rusiyanın nüfuzu yerlə sürünür. Moskva ermənilərə "qardaş" statusunu itirib. Çünki onlar müharibədə real dəstək gözləyirdi. Paşinyan da bu fürsətdən “arqument” kimi istifadə edir. Ancaq görüşlərə gəldikdə, seçkilərin yekun nəticələri elan edildikdən sonra Putinlə Paşinyan arasında görüş gözləyirəm. Baş nazir də əvvəldən anons edib ki, ilk rəsmi səfəri Rusiyaya olacaq. Hazırda rəsmi nəticələr elan edilməyib. Bura qədər Tehrana və Yekaterinburqa olan səfərləri ilk rəsmi addım saymaq olmaz. Odur ki, Paşinyan Putinlə münasibətləri düzəltməyə hazırdır. Bu da ona zaman qazanmaq üçün lazımdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR