İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa xəstəxanaya aparıldı

388 29.02.2024 00:58 Dünya A A

"Papa xəstəxanada müayinələrdən keçib və artıq Vatikana qayıdıb"

Roma Papası Fransisk çərşənbə günü müayinə üçün Romadakı xəstəxanaya aparılıb. O, həmin gün xəstəxananı tərk edərək Vatikana qayıdıb. Günün əvvəlində 87 yaşlı kilsə lideri özünü yaxşı hiss etmədiyini və katexizləri oxumadığını etiraf edib.

Musavat.com Polşa mətbuatına istinadən xəbər verir ki, Papa Fransisk günorta saatlarında Roma mərkəzindəki Tiberina adasındakı xəstəxanada olub, daha sonra Vatikana qayıdıb. 

"Papa xəstəxanada müayinələrdən keçib və artıq Vatikana qayıdıb", - Vatikanın sözçüsü bildirib.

Qeyd edək ki, dekabrda Papa qrip və pnevmoniyadan yaranan ağırlaşmalara görə Dubayda COP28 iqlim sammitinə səfərini ləğv etmişdi. Bir ay sonra o, bronxit xəstəliyinə görə nitqini bitirə bilməmişdi.

O, gənckən Argentinada ağciyərinin bir hissəsini çıxarmaq üçün əməliyyat olunub. Papanın yeriməkdə problemləri olduğu və tez-tez əlil arabasından istifadə etdiyi də məlumdur. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR