İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kraliça” və “Pələng” -Venesuelanın müvəqqəti lideri haqqında YENİ FAKTLAR

1104 05.01.2026 16:20 Gündəm A A

Nikolas Maduronun həbsindən sonra Venesuelada müvəqqəti lider səlahiyyətlərini icra edən Delsi Rodrigez ölkənin ən çox müzakirə olunan siyasi fiqurlarından birinə çevrilib.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, o, siyasi və parasiyasi dairələrdə “kraliça” və “pələng” ləqəbləri ilə tanınır.

Agentlik bildirir ki, Delsi Rodrigez Venesuela hakimiyyətinin ən amansız və eyni zamanda ən nüfuzlu simalarından biri hesab olunur. “Kraliça” ləqəbi onun əsas qərarlara real təsir imkanlarını ifadə edir. Nikolas Maduro isə onu dəfələrlə “pələng” adlandıraraq, Rodrigezin ölkənin sosialist kursunun qorunmasında oynadığı rolu xüsusi vurğulayıb.

56 yaşlı siyasətçi hüquq təhsillidir və ali təhsilini başa vurduqdan sonra təxminən on il Avropada, əsasən Fransa və Böyük Britaniyada yaşayıb. Karyerası ərzində Xarici İşlər Naziri və Rabitə Naziri vəzifələrində çalışıb, 2018-ci ildə isə Venesuelanın vitse-prezidenti təyin edilib. Bundan əlavə, o, iqtisadi bloka nəzarət edib, İqtisadiyyat və Maliyyə Nazirliyinə, eləcə də Neft Nazirliyinə rəhbərlik edib.

Vitse-prezident kimi Delsi Rodrigez sərt maliyyə siyasəti ilə seçilib. O, dövlət xərclərinin azaldılması, inflyasiyanın cilovlanması və kredit şərtlərinin sərtləşdirilməsi istiqamətində addımlar atıb. "Reuters" mənbələrinin qeyd etdiyinə görə, Venesuela rəsmiləri arasında Rusiya, Çin və Türkiyəyə ən çox səfər edən şəxslərdən biri də məhz Rodrigezdir. O, beynəlxalq və sənaye forumlarında işgüzar dairələrlə fəal əlaqələr saxlayır.

Rodrigezin siyasi mövqeyində Milli Assambleyanın prezidenti vəzifəsini icra edən qardaşı Xorxe Rodriges ilə sıx ittifaq mühüm rol oynayır. Onların atası Xorxe Antonio Rodriges partizan döyüşçüsü və İnqilabi Sosialist Liqasının təsisçilərindən biri olub. Maduro onu dəfələrlə Venesuela solçularının simvolik fiqurlarından biri kimi təqdim edib.

Rəsmi tədbirlərdən kənarda Delsi Rodrigez bəzən qardaşı ilə birlikdə stolüstü tennis turnirlərində ictimaiyyət qarşısında görünür. Media həmçinin onun geyim üslubuna diqqət çəkir: siyasətçi lüks brendlərə üstünlük verir ki, bu da onun sərt və praqmatik siyasi imici ilə ziddiyyət təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR