İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı balıqçılar Hörmüzdə ABŞ dronu tapdılar - VİDEO

637 17.07.2026 18:46 Dünya A A

Bu gün iranlı balıqçılar Hörmüz boğazında ABŞ-yə məxsus olduğu bildirilən "LUCAS" (FLM-136) tipli kamikaze dronunun qalıqlarını aşkar ediblər.

Musavat.com "Fars News"a istinadən xəbər verir ki, bununla bağlı sosial mediada dronun sudan çıxarılan qalıqlarını əks etdirən foto və video görüntülər sürətlə yayılıb.

Məlumata görə, tapılan "LUCAS" (FLM-136) aparatı ABŞ tərəfindən İranın məşhur "Shahed-136" dronunun tərs mühəndislik (reverse engineering) texnologiyası əsasında hazırlanmış xüsusi analoqu hesab olunur.

İran mətbuatının yaydığı iddialara görə, sözügedən kamikaze dronunun uçuş mənzili təxminən 650–800 kilometr arasında dəyişir. ABŞ-nin bu gizli silahının təxmini dəyərinin isə 35 min dollar civarında olduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR