İnsanlara hürriyət, millətlərə istiqlal!

İran MAQATE-ni nüvə obyektlərinə buraxacaq

417 19.06.2026 09:37 Dünya A A

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini nüvə obyektlərinə buraxmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff ABŞ qanunvericilərinə deyib.

Mənbələrə görə, Vitkoff dünən keçirilən qapalı brifinqdə ABŞ Konqresinin üzvlərini bu barədə məlumatlandırıb: "İran BMT-nin nüvə nəzarət orqanını nüvə obyektlərini yoxlamağa və Tehranın zənginləşdirilmiş materiallarının yerlərini müəyyən etmək və açıqlamaq üçün işə başlamağa dəvət edəcək".

Stiv Vitkoff aydınlaşdırıb ki, Vaşinqton və Tehran arasında anlaşma memorandumunda MAQATE işçilərinin İran obyektlərinə girişi nəzərdə tutulmayıb. Lakin xüsusi nümayəndənin sözlərinə görə, bu addım İran tərəfindən MAQATE-yə göndərilmək üçün hazırlanmış məktubda nəzərdə tutulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR