İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Altaylıdan erməniləri müdafiə edənlərə ŞİLLƏ kimi sözlər - VİDEO

1868 02.10.2023 12:19 Son xəbər A A

Türkiyənin tanınmış jurnalistlərindən Fatih Altaylı Qarabağda baş verən son hadisələrə toxunub.

Musavat.com xəbər verir ki, Fatih Altaylı bu barədə özünün yutub kanalındakı hesabında danışıb.

O, ermənilər üçün mərəkə qoparanlara sərt təpki göstərib.

“İndi ermənilər üçün “vah, vah, vah” deyənlər, 1 milyon Azərbaycan türkü yurdlarından sürgün edilərkən, minlərlə türk öldürülərkən harada idiniz? Qarabağ savaşını kim başlatdı, birinci kim hücum etdi, Azərbaycanmı, Ermənistanmı? Bölgədə nə baş verirsə, kimlərsə həmişə türkləri günahkar çıxarır. Çünki min illik türk nifrəti var. Bu nifrəti biz hələ uzun müddət çəkəcəyik. Hər cür pisliyi bizə bağlayacaqlar. O cəhətdən türkün işi çox çətindir. Buraya dövlət qurumları, Xarici İşlər Nazirliyi, səfirliklər də daxildir. İşin acı tərəfi nədir bilirmisiniz. Bu, çətinliyi anlamayan, görməyən bəzi türklərin məhz türkləri suçlamasıdır”, - deyə Altaylı qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR