İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda baş qaldıran revanşizm - İndi nə istəyirlər? - ŞƏRH

1131 23.12.2023 14:44 Siyasət A A

Ermənistanda yenə revanşizm baş qaldırır. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması yalnız sözdədir. Bu istiqamətdə konkret addımlar atılmır. Əksinə, biz görürük ki, Şahramanyan qondarma “artsax”ın bərpası ilə bağlı fərman imzalayır. Yeri-yurdu olmayan separatçılar yenə də baş qaldırırlar. Bu addım Azərbaycana qarşı ərazi iddiası deməkdir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan sülh gündəliyində səmimi deyil, yenə oyun oynayır. Eyni zamanda Ermənistanı qızışdıran Fransa və havadarları da fəaliyyətə keçiblər.

Bu barədə Musavat.com-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Ermənistan həmişə üzərinə düşən öhdəliklərdən boyun qaçırıb:

Rizvan-2.jpg (75 KB)

“Yalnız güc tətbiq edildikdən sonra onlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirirlər. Qondarma rejim Azərbaycan ordusunun qarşısında rəzil duruma düşdükdən sonra canlarını qurtarmaq üçün “fərman” verdilər ki, yanvarın 1-dən fəaliyyətlərini dayandıracaqlar. Ancaq indi də həmin “fərman”ı ləğv edən “fərman” veriblər. Bunun özü də erməni xislətini ortaya qoyur. Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli bəyanata, 30 illik işğal dövründə BMT qətnamələrinə, beynəlxalq hüququn prinsiplərinə yanaşmasından bilirik ki, bu dövlət heç zaman üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Azərbaycan qondarma rejimin tör-töküntülərini cinayət məsuliyyətinə cəlb edir. Ancaq hesab edirəm ki, gələcəkdə Şahramanyan və onun kimi digərlərinin məsuliyyətə cəlb olunması istiqamətində mövqelərimizi bəlli etməliyik.

Ermənistan tərəfi təbii olaraq münasibət bildirəcək ki, bu, Azərbaycanla-Ermənistan arasındakı bir məsələ olmayıb. Deyəcəklər ki, bu, antiterror tədbirlərindən sonra qondarma rejimlə Azərbaycan dövləti arasındakı razılaşmadır. Təbii ki, onların da öhdəliyi olsaydı, yenə də biz fərqli bir şey görməyəcəkdik. Baxmayaraq ki, Ermənistan dövləti qondarma rejimə 30 il ərzində maliyyə, silah və digər bütün dəstəyi göstərib. Bu gün də həmin dəstək göstərilir. Maraqlı məqam var ki, Azərbaycan əgər sülh sazişi imzalamaq istəyirsə və buna Ermənistan da müsbət yanaşırsa, o zaman Azərbaycana təhdid olan cinayətkar qurumun fəaliyyətinə imkan verməli deyil. İlk addımda onların ofisi bağlanmalıdır. Çünki iki dövlət sülh üçün addım atırsa bu, hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir”.

Ekspert bildirib ki, qondarma rejim Azərbaycan ərazilərinə, Qarabağa iddia edir:

“Hesab edirəm ki, bu istiqamətdə Ermənistan real addımlar atmalıdır. Ofislər bağlanmalı, onları ən yaxşı halda tərk-silah edib, Azərbaycan tərəfinə təhvil verməlidir. Çünki onlar Azərbaycan ərazisində cinayətlər törədiblər. Əgər Ermənistan qeyd etdiyimiz addımları atarsa, o zaman onun sülhə hazır olduğuna inana bilərik. Müxtəlif dövlət adamları sülhə hazır olduqlarını bildirir. İndi addım atsınlar, biz də görək nə qədər hazırdırlar”.

Qafar Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR