İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin hakimiyyəti şirkətlərdən ABŞ çiplərindən istifadəni dayandırmağı tələb edib - WSJ

293 15.04.2024 18:16 Dünya A A

Çin hakimiyyəti ən böyük telekommunikasiya xidməti təminatçılarından xarici prosessorlardan istifadəni dayandırmağı tələb edir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən The Wall Street Journal yazıb.

Qəzetin mənbələrinin məlumatına görə, müvafiq əmr bu ilin əvvəlində Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilib. Nazirlik 2027-ci ilin sonunadək bütün xarici komponentlərin yerli istehsalla əvəzlənməsinin təmin olunmasını tapşırıb.

Çin hakimiyyətinin bu qərarı Amerika çip istehsalçıları Intel Corp. və Advanced Micro Devices Inc. (AMD) şirkətlərinə zərbə vuracaq. Son illərdə bu iki şirkət Çində və dünyada şəbəkə avadanlıqlarında istifadə üçün mərkəzi emal qurğularının əsas hissəsini təmin edirlər.

Çin telekommunikasiya operatorları China Mobile və China Telecom Çində Intel və AMD-nin əsas müştəriləridir, onlar öz məlumat mərkəzləri üçün minlərlə server alırlar, WSJ yazır. Bu serverlər telekommunikasiya avadanlıqlarının baza stansiyaları ilə qarşılıqlı əlaqəsini təmin etmək və mobil istifadəçi məlumatlarını saxlamaq üçün lazımdır.

Bu ilin əvvəlində məlum olub ki, Pekin dövlət qurumlarından xarici texnologiyaları yerli həllərlə əvəz etməyi, o cümlədən fərdi kompüterlərdə və serverlərdə Amerika Intel və AMD çiplərindən istifadənin mərhələli şəkildə, eləcə də Microsoft Corp-dan Windows əməliyyat sistemi proqram təminatının tədricən dayandırılmasını tələb edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR