İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!

246 24.07.2026 02:09 Dünya A A

Böyük Britaniya genişmiqyaslı hərbi hücuma məruz qalacağı təqdirdə ölkə sakinlərinin cəmi 6 faizi könüllü şəkildə ordu sıralarına yazılmağa hazırdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Sky News” YouGov sosioloji şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.

Sorğuya qatılanların daha 14 faizi könüllü getməsə də, hərbi xidmətə çağırılacağı təqdirdə silaha sarılmağa hazır olduğunu bildirib. Respondentlərin 17 faizi isə heç bir halda döyüşməyəcəyini deyib.

Sorğuda iştirak edənlərin 52 faizi səhhəti və ya yaşı ilə əlaqədar hərbi xidmətə yararlı olmadığını bildirib. Daha 17 faiz suala konkret cavab verə bilməyib.

Britaniyalıların əksəriyyəti yaxın gələcəkdə ölkələrinin genişmiqyaslı hücuma məruz qalacağını da gözləmir. Respondentlərin 51 faizi qarşıdakı 10 il ərzində belə bir hücumun baş verəcəyinə inanmadığını bildirib. 29 faiz bunu mümkün hesab edir, 20 faiz isə qərarsızdır.

Sorğu Britaniya Silahlı Qüvvələrinə münasibətlə bağlı da diqqətçəkən nəticə ortaya çıxarıb. İştirakçıların 53 faizi ölkənin silahlı qüvvələrinə etibar etmədiyini deyib. Ordusuna etibar edənlərin göstəricisi 38 faiz, konkret mövqeyi olmayanların payı isə 9 faiz olub.

Bununla yanaşı, britaniyalıların 57 faizi hökumətin müdafiəyə kifayət qədər vəsait ayırmadığını düşünür. 17 faiz hazırkı hərbi xərcləri yetərli, 6 faiz isə həddindən artıq yüksək hesab edir.

Lakin müdafiə büdcəsinin artırılmasının necə maliyyələşdirilməsi məsələsində mənzərə dəyişir. Respondentlərin yarıdan çoxu hərbi xərclərin vergilərin artırılması və ya sosial proqramların ixtisarı hesabına çoxaldılmasına qarşı çıxıb.

Maraqlıdır ki, britaniyalılar ölkələri üçün əsas təhlükə kimi hərbi hücumu deyil, iqlim dəyişikliyini göstəriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR