Musavat.com xəbər verir ki, İrəvanda baş vermiş qanlı atışma ilə bağlı daha iki nəfər saxlanılıb.
Məlumata görə, şübhəlilər bir neçə dəqiqə əvvəl Dilican şəhərində polis əməkdaşları tərəfindən tutulublar.
Armlur nəşrinin yazdığına görə, saxlanılanlardan biri polisin Daxili Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polkovnik Armen Akopyanın qardaşı Qurgen Akopyandır. Bildirilir ki, o, kriminal subkulturada iştirak etməkdə ittiham olunur və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib.
Məlumata əsasən, İrəvandakı silahlı insidentin biznes maraqları zəminində baş verdiyi iddia olunur. İş üzrə kriminal dəstənin rəhbəri kimi tanınan Armen Oqanyan da artıq həbs olunub.
Hadisə ilə bağlı istintaq davam edir.
Musavat.com






