İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanmaq üzrə olduğu arvadını qətlə yetirib qaçdı

864 16.11.2022 21:03 Kriminal A A

Abşeronda ər arvadını qətlə yetirib.

Musavat.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün 16:40 radələrində Xırdalan şəhərində baş verib. Belə ki, şəhər sakini S.Nuriyev aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Ə.Nuriyevaya bıçaqla xəsarətlər yetirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

S.Nuriyev hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, cütlük boşanma ərəfəsində imiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR