İnsanlara hürriyət, millətlərə istiqlal!

Bab-əl Məndəbdə münaqişə neft bazarında şok yaratdı

810 23.07.2026 08:55 Dünya A A

Ənsər-Allah hərəkatının Qırmızı dənizdə mühüm keçid olan Bab-əl Məndəb boğazında Səudiyyə Ərəbistanının tankerlərini vurması dünya neft bazarında ciddi təşvişə səbəb olub.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent nefti 3 dollardan çox bahalaşaraq 96 dolları, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 2 dollar artmaqla 89 dolları keçib.

Qeyd edək ki, Bab-əl Məndəb dünya neft bazarının əsas təchizatçılarından olan Ər-Riyadın bazara Hörmüzdənkənar yeganə çıxış imkanıdır. ABŞ-İran münaqişəsi başlanandan bəri Səudiyyə nefti ixracının əsas hissəsini bu boğazla dünya bazarın çıxarırdı.
ABŞ-la İran arasında münaqişənin yenidən alovlanması fonunda Tehran Husilərin timsalında bölgədəki digər proksi qüvvələrini prosesə qoşmaqla enerji qiymətlərini artırmaq və Donald Tramp hakimiyyətinə təzyiq formalaşdırmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR