İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ iranlı və türk miqrantları dünyanın ən təhlükəli ölkəsinə GÖNDƏRİR

360 12.06.2026 13:23 Dünya A A

Donald Tramp administrasiyası iranlıların və digər bəzi miqrantların bir qismini zorakılıq və yoxsulluğun hökm sürdüyü Mərkəzi Afrika Respublikasına (MAR) deportasiya etmək imkanlarını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan bir məmura və iki vəkilə istinadən məlumat yayıb.

Deportasiya edilənlər arasında vəkilləri Emili Trostlun dediyinə görə, öz ölkələrində işgəncə və təqiblərlə üzləşmə riski olan iki iranlı qadın da var. Onlardan biri xristian, digəri isə qatı demokratiya fəalıdır. Hər iki qadın 2024-cü ilin noyabrında ABŞ-yə gələrkən saxlanılıb.

İlkin məlumatlara görə, artıq cümə axşamı günü yola düşməli olan ilk reyslə təxminən 20 nəfər aparılacaq. Təyyarənin göyərtəsində iranlı qadınlardan başqa Suriya, Əfqanıstan və ehtimal ki, bir Türkiyə vətəndaşı da var. Deportasiya olunan şəxslərin dünyanın ən kasıb və ən qeyri-sabit ölkələrindən biri olan Mərkəzi Afrika Respublikası ilə heç bir bağlılığı yoxdur.

Hətta ABŞ Dövlət Departamenti də öz vətəndaşlarına "hansı səbəbdən olursa-olsun" bu ölkəyə səfər etməkdən tamamilə çəkinməyi ("Do not travel for any reason") israrla tövsiyə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR