İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ukrayna ordusuna atəşi dayandırmaq ƏMRİ VERİLDİ

1318 19.04.2025 22:37 Son xəbər A A

Ukrayna hərbçiləri Rusiya mövqelərinə atəşi dayandırmaq əmri alıb. Bu, Rusiya prezidenti Vladimir Putinin elan etdiyi “Pasxa atəşkəsi”nin başlamasından bir neçə dəqiqə sonra baş verib.

Musavat.com xəbər verir ki, məlumatı BBC-yə yüksək rütbəli ukraynalı zabit açıqlayıb.

Jurnalistlərin mənbəsinin bildirdiyinə görə, Müdafiə Qüvvələrinin bölmələri Rusiya tərəfinin atəşkəs rejimini pozması ilə bağlı foto və videoçəkilişlərin aparılması üçün göstərişlər alıb. Lazım gələrsə, cavab olaraq atəş açılacaq.

Zabit atəşkəs elanının "hamını təəccübləndirdiyini" deyib. Üstəlik, çoxu atəşkəs istəsə də, “bunun nə ilə nəticələnəcəyi ilə bağlı cəbhədə hələ də çaşqınlıq var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR