ilk yayım saatı: 14.11.2025, saat: 10:36
Musavat.com xəbər verir ki, Rusiyanın tanınmış təbliğatçısı Vladimir Solovyov canlı efirdə növbəti dəfə özünü idarə edə bilməyib. Səbəb isə rus mühəndislərinin təqdim etdiyi insanabənzər robot Aidolun səhnədə cəmi bir neçə addım ataraq yerə yıxılması olub.
Solovyov efirdə qəzəblə deyib: “Нахожусь в состоянии легкого бешенства!” – “Yüngül dəlilik vəziyyətindəyəm!”
O, robotun təqdimatını “bütün dünyanın qarşısında biabırçılıq” adlandırıb: “Nə edirsiniz? Söyüş işlətmək olmaz… Bu sonsuz biabırçılıq nəyə idi? Nifrətdən sözlər belə itir!”
Təqdimatdan saniyələr sonra sonra robot səhnədən iki adam vasitəsi ilə qaldırılıb aparılıb.
Solovyov Rusiyanın Aidol robotunu Çinin və ABŞ-ın ən müasir robotları ilə müqayisə edərək xüsusilə İlon Maskın səhnədə robotla birlikdə rəqs etdiyi təqdimatı misal gətirib.
Onun sözlərinə görə: “Niyə bütün dünyaya bu biabırçılığı göstərdiniz?”
Sonda Solovyov yenə özünəməxsus isterik qışqırıq tonuna keçib, efirdə emosional partlayış yaşayıb, qəribə səslər çıxarıb.
Buyurun, baxın, bu ermənipərəst, Azərbaycan düşməni propoqandistin düşdüyü vəziyyətə.
Musavat.com






