İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Bağırov müavininin rütbəsini qaldırdı

1314 24.05.2025 13:22 Son xəbər A A

Dövlət Gömrük Komitəsinin sədrinə yeni təyin olunan müavin Fuad Məmmədovun rütbəsi artırılıb.

Musavat.com Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. O, iki ay əvvəl vəzifəyə təyinat alanda rütbəsi mayor idi.

Qeyd edək ki, Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR