İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-ABŞ danışıqları ilə bağlı SON DƏQİQƏ - RAZILIĞA GƏLDİLƏR

1396 12.04.2025 18:16 Son xəbər A A

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə Omanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqlar başa çatıb. Görüşdə İran və ABŞ nümayəndə heyətləri iştirak ediblər.

Musavat.com xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, tərəflər gələn həftə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Bildirilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi danışıqların keçirildiyi məkandan ayrıldıqdan sonra Oman Xarici İşlər Nazirliyinin rəhbərinin iştirakı ilə qısa söhbət aparıblar.

photo_2025-04-12_18-38-50.jpg (180 KB)

Adının açıqlanmasını istəməyən İran nümayəndə heyətinin üzvü ISNA agentliyinə bildirib ki, aparılan məsləhətləşmələr “ümumilikdə uğurlu keçib”.

İran Xarici İşlər Nazirliyinin yaydığı son açıqlamada da qeyd olunur ki, nümayəndə heyətləri arasında Omanda keçirilən danışıqlar müsbət atmosferdə keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR