İnsanlara hürriyət, millətlərə istiqlal!

Deportasiya qərarı mənim üçün gözlənilməz oldu – Elşən İbrahimov danışdı

1937 09.07.2025 21:36 Son xəbər A A

Rusiyadan deportasiya edilən Azərbaycan diaspor rəhbəri Elşən İbrahimov bu qərarın onun üçün tamamilə gözlənilməz olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə REN TV-nin müxbirinə Moskvanın Şeremetyevo hava limanında – Bakıya yola düşməzdən əvvəl açıqlama verib.

“Bilmirəm, vallah bilmirəm,” – deyə İbrahimov onun Rusiya üçün “milli təhlükəsizlik təhdidi” kimi qiymətləndirilib-deportasiya edilməsinə münasibət bildirərkən söyləyib.

Daha sonra Elşən İbrahimov jurnalistlərin suallarından yayınaraq əlavə şərh verməkdən imtina edib: “İcazə verin, sakitcə gedim.”

Musavat.com xatırladır ki, Elşən İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib və onun ölkədən çıxarılması barədə qərar verilib. O, artıq Bakıya yola salınıb. Deportasiya səbəbləri rəsmi şəkildə açıqlanmayıb.

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR