ABŞ və Meksika hüquq-mühafizə orqanlarının birgə əməliyyatı zamanı Tixuana bölgəsində sərhədi keçən nəhəng gizli tunel aşkarlanıb.
Musavat.com xəbər verir ki, yeraltı keçiddən narkotik vasitələrin və qaçaqmal malların daşınması üçün istifadə edildiyi bildirilir.
Tunelin girişi Nueva-Tixuana rayonundakı adi yaşayış evində yerləşib. Yeraltı marşrutun dərinliyi 6 metrdən çox, ümumi uzunluğu isə təxminən 265 metr olub.
Əməliyyat zamanı tunelin yerləşdiyi evdə sursat, onlarla doza metamfetamin, bank kartları və rabitə vasitələri aşkarlanaraq götürülüb.
İstintaq materiallarına görə, bina narkokartellərin silah, partlayıcı maddə və narkotiklərin paylanması üçün istifadə etdiyi logistik mərkəz funksiyasını yerinə yetirib.
Hazırda ABŞ və Meksika hüquq-mühafizə orqanları tunelin tikintisi və istismarında iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində birgə araşdırmaları davam etdirirlər.
Musavat.com






