ABŞ Prezidenti Donald Tramp Konqres üzvləri tərəfindən hazırlanan və Rusiya ilə əməkdaşlıq edən ölkələrə sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəkləyir.
Musavat.com xəbər verir ki, Tramp bununla bağlı Florida ştatının Palm Biç şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə danışıb. Onun sözlərinə görə, İranın da siyahıya daxil olunmasını təklif edib: “Mən bu barədə eşitmişəm və bu, mənə sərf edir. Respublikaçılar Rusiya ilə iş görən istənilən ölkəyə çox sərt sanksiyalar tətbiq edəcək qanun layihəsi təqdim edirlər və onlar İranı da ora daxil edə bilərlər".
Qeyd edək ki, sözügedən qanun layihəsi aprelin əvvəlində Senat üzvlərinin ikipartiyalı qrupu tərəfindən təqdim edilib. Sənədin əsas tərəfdarları senatorlar respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumentaldır. Təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ idxalına 500 faiz idxal tarifləri daxildir.
Musavat.com






