Rusiya 2025-ci ilə taxıl ixracında kəskin azalma ilə başyıb.
Musavat.com Rusiya Taxıl İttifaqının məlumatına əsasən, xəbər verir ki, yanvarın 1-dən 10-dək Rusiyadan xaricə 480 min ton əsas taxıl məhsulları ixrac olunub ki, bu da bir il əvvəlkindən (1 milyon 476 min ton) üç dəfə azdır.
Birliyin analitik departamentinin direktoru Yelena Tyurinanın İnterfaks-a verdiyi məlumata görə, buğda tədarükü demək olar ki, 57 faiz azalaraq 468 min tona, arpa 93 faiz azalaraq 10,4 min tona düşüb, qarğıdalı ixracı isə tamamilə dayanıb.
Yanvarın birinci ongünlüyündə həm dünya, həm də daxili bazarlarda taxılın qiyməti ucuzlaşıb. Fransa buğdası yanvarın 10-da 3,6 faiz ucuzlaşaraq, yanvarın 1-dəki 248 dollara qarşı 239 dollara, Amerika buğdası 2 faiz ucuzlaşaraq, 236 dollara qarşı 231 dollara, Rusiya buğdası (4-cü sinif, FOB Novorossiysk) 3 faiz ucuzlaşaraq bir ton üçün 244 dollara qarşı 237 dollar olub.
Musavat.com